Azərbaycan millisinin Türkiyənin "Ankaragücü" klubunda çıxış edən hücumçusu Renat Dadaşov sosial şəbəkə hesabında paylaşım edib.
Fanat.Az xəbər verir ki, zədədən dönən forvard belə yazıb:
"Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm".
Ötən gün I Liqanın XVII turunda "Çorum"la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində oyuna qoşulan Renat görüşün asan olmadığını bildirib:
"Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik".
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.