17:08 23.12.2024 357

"Bilirdim ki, Berdiyev pis komandaya, zəif çempionata getməz" - Araş Qaderi

Misli Premyer Liqasının 18-ci turunda öz meydanında "Neftçi" ilə 1:1 hesablı heç-heçə edən "Turan Tovuz"un müdafiəçisi Araş Qaderi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, Fanat.Az-ın əməkdaşının da qatıldığı brifinqdə öncə "ağ-qaralar"la matç barədə fikirlərini bölüşüb:

"Neftçi" ilə matç daha çox fiziki mübarizə oldu. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Fasilədən sonra daha istəkli göründük. Yaratdığımız qol epizodlarından faydalana bilmədik. Matçın nəbzini tutduqca oyunumuzu yaxşılaşdırdıq. Ola bilər ki, "Neftçi" turnir cədvəlində layiq olduğu yerdə deyil. "Neftçi" həqiqətən güclü komandadır. Söylədiyim kimi, ikinci hissədə fürsətləri dəyərləndirməyi bacarsaydıq, 2-3 qol vura bilərdik. Xal itirmək istəməzdik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik". 

İranlı futbolçu son matçlara qədər ehtiyatda qalmasına belə münasibət bildirib: "Kimin oynayacağına baş məşqçi qərar verir. Açığı, mövsümün əvvəli mənim üçün uğursuz alındı. Zədə amili də bu mənada problem yaratdı. Ancaq son turlarda daha çox şans qazanıram. Oyundan-oyuna "artıracağıma" inanıram".

Qaderi Misli Premyer Liqasının səviyyəsinə də toxunub: "Əslində, Azərbaycana gələnə qədər Premyer Liqa barədə dərin məlumatım yox idi. Amma Kurban Berdiyevi əvvəldən tanıyırdım. Onunla birlikdə işləmişdim. Berdiyevə inanırdım. Bilirdim ki, o, pis komandaya və zəif çempionata getməz. Azərbaycan Premyer Liqasını zəif çempionat saymıram. Əlbəttə top liqa deyil, amma normal çempionatdır. Komandaların heyətlərində səviyyəli oyunçular çıxış edir. Bundan da güclü transferlər olsa, təbii ki, Premyer Liqanın səviyyəsi daha da artar".

Arxa xətt oyunçusu "Turan Tovuz"un qış fasiləsinə turnir cədvəlinin 3-cü pillədə yollanmasının sərgilədikləri oyunla uzlaşan fakt olduğunu söyləyib: "Bu, bizim meydanda gördüyümüz işin nəticəsidir. Fasilədə də çox çalışacağıq. Yəqin ki, yeni transferlər də olacaq və mövsümün ikinci yarısında öz mövqeyimizi daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

Facebookdan bizi izləməyi unutmayın.
X