Bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olub.
Fanat.Az xəbər verir ki, bununla bağlı dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, təyyarədə 65-i sərnişin, 5-i ekipaj üzvü olmaqla 67 şəxs olub. Onların arasında sağ qalanların olduğu bildirilir.