AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda I Liqanın son turunda baş verən neqativ hallarla bağlı ölçü götürülüb.
I Liqada XI turun “Difai” - MOİK oyununun 73-cü dəqiqəsində meydan sahibinin futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 150 manat cərimə edilib. Matçın 90+3-cü dəqiqəsində isə “Difai” meydana adı protokolda olmayan futbolçu Tahir Zeynalovu buraxıb. Buna görə “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 400 manat cərimələnib.