Fransanın "Lill" klubunun hücumçusu Conatan Devid karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TBR Football" yayıb.
Məlumata görə, sözügedən oyunçunun xidmətində "Mançester Siti" maraqlıdır. Mənbə Mançester təmsilçisinin bu keçidi gələn ay gerçəkləşdirməyi hədəflədiyini vurğulayıb. "Şəhərlilər"in skautlarının 24 yaşlı kanadalını uzun müddətdir ki, diqqətdə saxladıqları bildirilib. Ön xətt oyunçusunu digər İngiltərə klublarının - "Arsenal" və "Mançester Yunayted" də istədikləri diqqətə çatdırılıb.
Qeyd edək ki, Devid 2020-ci ildən "Lill"in uğurları üçün çalışır.
Nihat