"Şamaxı" sıralarına yeni futbolçu qatıb.
Fanat.Az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynov heyətə cəlb olunub.
Bolqarıstanın “Arda” klubuna məxsus olan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.
Qeyd edək ki, Cəlal 2022/2023 mövsümündə də “Şamaxı”nın formasında 34 oyuna çıxıb.