İngiltərənin "Nyukasl" klubu isveçli futbolçu Aleksander İsaka qiymət qoyub.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "sağsağanlar" İsveç millisinin forvardını transfer etmək istəyən klublardan 150 milyon funt-sterlinq tələb edəcəklər.
Xəbərə görə, büdcəsini artırmaq niyyətində olan "Nyukasl" bir neçə Avropa nəhənginin sıralarına cəlb etməyi hədəflədiyi İsakı yüksək qiymətə satmaqda maraqlıdır.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2022-ci ildə "Real Sosyedad"dan transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat