12:55 30.12.2024 617

"Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağıq" - Tahir Gözel

"Qarabağ"ın prezidenti Tahir Gözel klubun rəsmi saytına danışıb.

Fanat.Az xəbər ki, klub funksioneri əvvəlcə dekabrın 25-i Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaşanan faciə ilə bağlı xalqımıza başsağlığı verib:

“2024-cü il hüznlü, ağrı dolu hadisə ilə başa çatır. Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü. Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.

Klubumuzun prezidenti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində başa çatmaqda olan 2024-cü ili dəyərləndirib: “Bitməkdə olan il futbol meydanlarında daha xoş anlarla yadda qaldı. "Qarabağ" son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/25 mövsümünü “Qızıl dubl”la başa vurdu”.

Tahir Gözel ilin ikinci yarısını da uğurlu hesab edib: “İlin ən böyük hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” camiəsi adından təşəkkür edirəm. Klubumuz təkcə meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də dünyanın diqqət mərkəzində olub. “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı. Burada dünyanın bir sıra aparıcı klubları yer alıb ki, gələcəkdə alyansın sıraları daha da genişlənəcək. Artıq uzun illərdir Qarabağ adını beynəlxalq arenada yüksəklərə qaldıran komandamız 2024/25 mövsümündə də Avropada öz sözünü deyir. “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş etdi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komandamız bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, klubumuzun hər bir üzvünə bu uğurlardakı payına görə təşəkkür edirəm. “Qarabağ” bir ailədir və rəhbərlikdən tutmuş sıravi işçilərinə qədər hər kəsin bu nəticələrdə payı var. Onların hər birinə minnətdarlığımı bildirir, uğurların ardını gətirmələrini arzulayıram. İl boyu yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm. Onlar nəticələrdən, hava şəraitindən asılı olmayaraq, daim bizi dəstəkləyib, bizə inanıblar”.

Klubun prezidenti əldə olunan uğurların davamının gələcəyinə inandığını da qeyd edib: “Komandamızın uğurlarını qarşıdakı ildə də davam etdirəcəyinə inanıram. Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki bu vacib matçlarda pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm. Qarşıdakı ildə avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcəyinə inanıram”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X