“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə “Fənərbaxça” ilə sabah baş tutacaq yoldaşlıq oyununda rinqə çıxacaq boks cütlüklərində bəzi dəyişikliklər olub. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, aşağıdakı idmançılar bir-birləri ilə üz-üzə gələcək.
52 kq. Rüstəm Musayev - Muhammet Ünlü
60 kq. Ruslan Alıyev – Volkan Gökçək
69 kq. Hidayət Musayev – Hakan Kaynar
69 kq. Şahin Həsənov – Yakup Şənər
75 kq. Ramil Əhmədov – Osman Aydın
75 kq. Elvin Qənbərov – Öndər Şipal
81 kq. Rahil Məmmədli – Avni Yıldırım
91 kq. Məhəmmədəli Tahirov – Seyda Kəsər
Qeyd edək ki, görüşlər sabah saat 21:00-da Qəbələ Olimpiya İdman Kompleksində start götürəcək.
İdman24.az