19:25 12.01.2025 330

Qurban Qurbanov Juninyo ilə bağlı son vəziyyəti açıqladı

"Yaxşı oyun oldu. Bu gün əksər futbolçulara oynamaq şansı verdik. Doğrudur, bəziləri dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağ olsun, 3 hissə oynamağımıza razılaşdı və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi”.

Fanat.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra deyib.

O, toplanışı belə dəyərləndirib: “Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı günlərdə futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik”.

Qurbanov Juninyonun transferi ilə bağlı son durumu da açıqlayıb: “Rəhbərlikdən də deyirlər ki, sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Amma bilirəm ki, hər şey tamamlanmağa doğru gedir”.

Təcrübəli mütəxəssis son günlərin əsas müzakirə mövzusu olan legioner limiti barədə fikir bildirmək istəməyib: “İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də, hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil”.

Azərbaycanlı çalışdırıcı AFFA-nın yeni inkişaf strategiyası barədə fikir bildirməyin tez olduğunu söyləyib: “Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 mərhələ irəli gedə bilərik, ya da geri düşə bilərik… Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da, irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə, tam əksini düşünmək doğru olmaz. Hələ ki, strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra, bəzi lazımi elementləri, bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzakirə aparılsa, daha doğru olar. Onsuz da bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdir. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
17:54

MPL: "Sabah" "Səbail"ə uduzur- YENİLƏNİR

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

17:09

"Bu, həyatımın ən yaxşı oyunu idi" - Leni Yoro

16:51

Lionel Messi uşaqlarının sevdiyi futbolçuların adlarını açıqladı

16:32

"Dəlisov qarşılaşma idi" - MY-nin qələbə qolunun müəllifi

Facebookdan bizi izləməyi unutmayın.
X