"Strasburq" Fransa Kubokunun 1/16 finalında "Taon"u keçib.
Fanat.Az xəbər verir ki, əsas vaxt 2:2 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında "Liqa 1" klubu daha dəqiq olub – 5:3.
17 yaşlı Rayan Messi "Strasburq"un heyətində dubla imza atıb . Bu, onun komandada debütü idi. O, 20 və 26-cı dəqiqələrdə fərqlənib.
Fransız Messinin transfer dəyəri 800 min avro qiymətləndirilir.