"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının (İPL) 21-ci turunda keçirilən London derbisində "Tottenhem" üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:
"Komandamla çox fəxr edirəm. İnanılmaz çıxış etdik. Bu, ciddi sınaq idi. Nə qədər güclü, nə qədər cəsarətli olduğumuzu bilirsiniz. Rəqibdən güclü ola bilmək üçün çox çalışır, hər gün müəyyən qədər "artırmaq" istəyirik. İlk dəqiqələrdən onların oyun planını pozmağa hesablanmış futbol sərgilədik. Qələbəni tam şəkildə haqq edirdik".
Nihat