Avstriyada yay-təlim məşq toplanışını davam etdirən “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxır. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini bu dəfə Hayfa “Maccabi”si ilə görüşdə sınayacaq.
Qeyd edək ki, İsrail təmsilçisi Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın potensial rəqibidi. “Ağ-yaşıllar” Malta “Sliema”sını keçsə, məhz bu komanda ilə üz-üzə gələcəklər. İndi isə sözügedən komanda Azərbaycanın digər təmsilçisi ilə sınaq matçında qüvvəsini sınamaq istəyir.
Maraq üçün xatırladaq ki, “Neftçi” bundan öncə Rusiyanın “Volqa” klubu ilə qarşılaşmada 0:1 hesabıyla məğlub olmuş, Almaniyanın “Wacker Burghausen”ini darmadağın etmiş (3:0), bu ölkənin digər təmsilçisi “Energie Cottbus”a isə 0:2 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
6 iyul
"Neftçi" – "Maccabi"
İdman24.az