"Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı Tovuz klubunun mətbuat xidməti yayıb.
"Qərb təmsilçisi" braziliyalı Kauan Martins De Paula ilə münasibətlərini rəsmiləşdirib.
Braziliyalı müdafiəçi ilə "6 ay + 1 illik" müqavilə bağlanılıb.
Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio", Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.