21:27 26.01.2025 323

"Hakim səhvləri çoxdur" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyun haqda danışıb.

Fanat.Az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Uduzmaq istəməzdik, amma məğlub olduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun belə çirkin tərəfləri var ki, son dəqiqələrdə hər şey dəyişir. “Turan Tovuz”u təbrik edirəm.

Sanki hakimlər bəzi məqamlara bəsit yanaşırlar. Axı siz 15 yaşlı uşaqlara hakimlik etmirsiniz. Camaatın haqqı yeyilir. Ancaq bütün bunlar təbii ki, uduzmağımızın əsas səbəbi deyil. Sadəcə, biz belə məqamlara çox rast gəlirik. Bu anlarda da emosiyamızı saxlaya bilmirik. Məsuliyyətsizlikdir. Burada komandanın bir fərqi yoxdur. Hakim səhvləri çoxdur. Futbolda məsuliyyət çox olmalıdır. Hər kəs belə yanaşmalıdır. Hakimlər xüsusilə, belə yanaşmalıdır. Lakin hər bir halda, qalib gələni təbrik etmək lazımdır. Mən sadəcə, futbolçularımın əziyyətinə görə təəssüflənirəm. Ard-arda məğlubiyyət təsir edir.

Psixoloji baxımdan futbolçularım çox yaxşı idilər, yaxşı hazırlaşmışdılar. Amma daha çox hazırlıqlı olmalı idik. Düşünürəm ki, bizi də başa düşərlər, üstümüzdə yük çoxdur”.

Baş məşqçi eyni zamanda, Avropa Liqasında “Olimpiakos”la oyundan gözləntilərini bölüşüb:

“Yaxşı hazırlaşmalıyıq. Çox ciddi rəqibdir. Ən sürətli və aqressiv komandalardan biridir. Məncə, daha rahat oynayacağıq, stres az olacaq. Bu günə kimi yaxşı oyunlarımız oldu, ancaq yaxşı nəticələrimiz olmadı”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

17:09

"Bu, həyatımın ən yaxşı oyunu idi" - Leni Yoro

16:51

Lionel Messi uşaqlarının sevdiyi futbolçuların adlarını açıqladı

16:32

"Dəlisov qarşılaşma idi" - MY-nin qələbə qolunun müəllifi

16:13

Yay Olimpiya Oyunlarının qalibi 21 ay müddətinə diskvalifikasiya edildi

15:52

Almaniya klubu 38 yaşlı futbolçu ilə müqavilə yenilədi

15:35

"Avropa turnirinin yarımfinalına yüksəlmək böyük uğurdur, amma..." - "Tottenhem"in qapıçısı

15:17

"Bu ilki reallaşdırmaq istəyirəm" - Avropa çempionu Nihat Məmmədli

14:39

Kayl Uoker "Mançester Siti"yə qayıdır? - "Milan" qərarını verdi

14:20

“Pley-offda “Neftçi” ilə oyunun maraqlı və şən keçəcəyini düşünürəm”

14:02

"Mançester Yunayted"in yetirməsi 36 yaşında vəfat etdi

13:43

UFC: Bakıda keçiriləcək turnirdə iştirak edəcək rusiyalı idmançıların adları bilindi

13:24

"Şəki"nin kapitanı ən dəyərli oyunçu seçildi

13:06

"Səbail" "Sabah"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

12:47

İspaniya Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq

12:28

Rəşad Sadıqov "Sumqayıt"la matçda 3 futbolçusunu oynada bilməyəcək - ADLAR

12:10

Yüksək Liqa: Finalçılar müəyyənləşir

11:51

Fransa Azərbaycan millisini “Park de Prens”də qəbul edəcək

11:33

“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək

11:15

Bundesliqa klubunun braziliyalısı Premyer Liqa yolunda - SON DURUM

10:56

"Real Madrid" Xabi Alonsodan əl çəkmir - "Bayer Leverkuzen" "qiymət oxudu"

10:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:18

"Bura "Old Trafford"dur, burda hər şey mümkündür" - Ruben Amorim

Facebookdan bizi izləməyi unutmayın.
X