Uimbledon Açıq Tennis Turnirində finalçılar müəyyənləşib. Fanat.az xəbər verir ki, qadınların yarışında final bu gün, kişilərin yarışında isə sabah oynanılacaq.
Qadınların finalda dünya tennisinin 15 nömrəsi fransız Marion Bartoli reytinq cədvəlinin 23 nömrəsi alman Sabine Lisiçki ilə qarşı-qarşıya gələcək. Bu tennisçilər indiyədək 4 dəfə qarşılaşıb və 3-də alman idmançı qalib gəlib. Final matçı Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Kişilərin finalında dünya tennisinin 2 nömrəsi britaniyalı Andi Murray serb Novak Sokoviçlə qarşılaşacaq. Murray ardıcıl ikinci dəfə finala çıxıb. Sokoviç isə 2011-ci ildə Uimbledonun qalibi olub. Bu rəqiblər indiyədək 18 dəfə qarşılaşıb. Həmin oyunlardan 11-də Cokoviç qalib gələn tərəf olub.Oyun sabah Bakı vaxtı ilə 18.00-da başlayacaq.
İdman24.az