"Bursaspor"un baş məşqçisi Şenol Günəşin Bakıya səfərinin məqsədi açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bu gün Bakıya gələn türk mütəxəssis "Neftçi" - "Çixura" qarşılaşmasını izləyəcək. Türk həmkarlarımızın iddiasına görə, Günəş "Neftçi"nin bəzi oyunçuları ilə maraqlanır və onları iş başında görmək istəyir. Onun maraqlandığı futbolçuların adı da bəllidi. İddialara görə, "Bursaspor"un baş məşqçisi Araz Abdullayevi, Karlos Kardosonu, Bruno Bertuççini və Kaueni izləyəcək.
Günəşin yarımmüdafiəçi və sol cinah oyunçusu axtardığı deyilir.
Fanat.az