15:27 09.02.2025 710

"93-cü dəqiqə karyeramda xüsusi məqamdır" - Serxio Ramos

Bu həftə Meksikanın "Monterrey" klubuna transfer olan ulduz müdafiəçi Serxio Ramos yeni komandasında 93 nömrəni seçməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, DAZN ispan futbolçunun fikirlərini belə təqdim edib:

“93-cü dəqiqə karyeramda xüsusi bir məqamdır. Mən "Real Madrid"ə və birlikdə yaşadığımız hər şeyə hörmətimi nümayiş etdirmək istədim. "93" mənim üçün simvolikdir və mən bunu Meksika, "Monterrey" və azarkeşlərimizlə bölüşməkdən məmnunam".

Xatırladaq ki, Ramosun karyerasında ən əlamətdar anlardan biri 2013/14 Çempionlar Liqasının finalı olub. O, “Real”da çıxış edərkən “Atletiko” ilə matçın 90+3-cü dəqiqəsində hesabı bərabərləşdirən qola imza atıb. Daha sonra komandası əlavə vaxtda 4:1 hesabı ilə qalib gələrək, klub tarixində 10-cu Çempionlar Liqası kubokunu qazanıb.

Ümumiyyətlə, Ramos 2005-ci ildən 2021-ci ilə kimi çıxış etdiyi "Real Madrid"də möhtəşəm karyeraya sahib olub. Bu müddət ərzində o, 671 oyun keçirib və 101 qol vuraraq klub tarixinin ən məhsuldar müdafiəçilərindən birinə çevrilib. Kapitan kimi isə o, komandanı ardıcıl üç Çempionlar Liqası tituluna (2015/16, 2016/17, 2017/18) daşımaqla unikal nailiyyətə imza atıb.

O, İspaniya millisində oyun sayına (180) görə rekordçudur. Ramos 2008 və 2012-ci illərdə Avropa Çempionatının qalibi olub, 2010-cu ildə isə dünya çempionu tituluna yiyələnib.

Ramos 2024-cü ilin yayında karyerasına başladığı ilk komanda olan "Sevilya"dan ayrılıb və bir müddət klubsuz qalıb. O, Meksikanın "Monterrey" klubu ilə azad agent kimi müqavilə imzalayıb.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X