Hollandiya toplanışını başa vurub vətənə dönən "Qəbələ" ilk turda "İnter"lə baş tutacaq matçadək daha bir yoldaşlıq oyunu keçirəcək. Fanat.az xəbər verir ki, bölgə klubu avqustun 2-də "Qaradağ Lökbatan"la qarşılaşacaq.
Qeyd edək ki, "Qəbələ" yay təlim-məşq toplanışı ərzində 7 oyun keçirib. Sloveniyada yerli klublarla qarşılaşan "qırmızı-qaralar" "Stoynitsa" və "Maribor"u 1:0 hesabı ilə yenib, "Koper"ə uduzub - 0:1. Hollandiya toplanışı zamanı "Armen" (Hollandiya) 4:0, "Konyaspor"u (Türkiyə) 3:0 hesabı ilə udan "Qəbələ" "Alkmaar"a (Hollandiya) 0:2, "Herenven"ə (Hollandiya) 0:1 hesabı ilə yenilib.
Fanat.az