Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda uduzub.
Fanat.Az xəbər verir ki, Morteza Validarvinin çalışdırdığı kollektiv I qrupda İngiltərə ilə qarşılaşıb.
Görüş britaniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə üz-üzə gələcək.