"Neftçi" - "Çixura" oyunundakı qalmaqal AFFA və PFL rəhbərlərinin hiddətinə səbəb olub. Fanat.az xəbər verir ki, gürcü fanatların Azərbaycanın üç rayonunu - Zaqatala, Balakən və Qaxı Gürcüstan ərazisi kimi göstərən xəritə açması Rövnəq Abdullayevlə Ramin Musayevi özündən çıxarıb.
Onlar qarşılaşmadan dərhal sonra "Çixura"nın prezidenti Nodar Meqreleşvilini "Bakcel Arena"nın alt qatına çağıraraq ona öz kəskin etirazlarını bildiriblər və izahat tələb ediblər. Gürcüstan klubunun prezidenti baş verənlərə görə üzr istəyib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol