"Real Madrid"in mərkəz müdafiəçisi Antoni Rüdiger "Barselona"nın 17 yaşlı vingeri Lamin Yamaldan danışıb.
Fanat.Az xəbər verir ki, Almaniya yığmasının futbolçusunun sözlərini "Barca Universal" belə çatdırıb:
"Yamalın 17 yaşında "Barselona"da etdikləri, son Avropa çempionatında ortaya qoyduğu performans... Qorxuludur, çox qorxuludur. Onun çox parlaq gələcəyi var".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 31 matça çıxan Yamal 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı gənc ulduzun transfer qiymətini 180 milyon avro ilə dəyərləndirir.
Nihat