Müqavilə ilə PSJ-yə məxsus olan, qış transfer pəncərəsi dönəmində "Yuventus"a icarəyə verilən Randal Kolo Muani Liqa 1 ilə A Seriyasını müqayisə edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Hər şey qaydasındadır. Burada olduğum üçün çox şadam. Məni bir ailə kimi isti qarşıladılar. Məşqçi ilə, komandanın kapitanı ilə digər futbolçularla münasibətlərimdən məmnunam. İtaliya çempionatı Liqa 1-dən çox fərqlənir. Burada komandalar daha səylə çalışır, daha sərt oyuna üstünlük verirlər. Həm də taktiki yanaşmalar olduqca dərindir".
Nihat