Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə üç baş tutub.
Dörd qolun qeydə alındığı “Ayntraxt” – “Holştayn” matçı Frankfurt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. “Verder” – “Hoffenhaym” matçında isə qonaqlar oxşar hesabla qələbə qazanıblar. “Haydenhaym”ın qonağı olan “Maynts” da turu inamlı qələbə ilə başa vurub.
Almaniya Bundesliqası
22-ci tur
14 fevral
Auqsburq – Leyptsiq 0:0
15 fevral
Bohum – Borussiya (Dortmund) 2:0
Qollar: Masuras, 33; 35.
Sankt Pauli – Frayburq 0:1
Qol: Treu, 88-öz qapısına.
Ştutqart – Volfsburq 1:2
Qollar: Uoltemeyd, 72 - Tomas, 77. Amura, 88.
Union Berlin – Borussiya (Mönhenqladbax) 1:2
Qollar: İliç, 63-pen. - Ulrix, 10. Klyayndinst, 26.
Bayer Leverkuzen – Bayern Münhen 0:0
16 fevral
Verder – Hoffenhaym 1:3
Qollar: Nsoki, 7-öz qapısına – Stax, 28. Bişof, 44. Orban, 63.
Ayntraxt – Holştayn 3:1
Qollar: Larsson, 18. Tuta, 37. C.Y.Uzun, 60 – Porat, 73.
Haydenhaym – Maynts 0:2
Qollar: Burkardt, 28. Vayper, 49.