Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyada növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi HİK ölkə kubokunun matçına çıxıb.
Helsinki təmsilçisi yer aldığı A qrupunda 4-cü tur çərçivəsində “Mariehamn”ı qəbul edib. Görüş Kökçünün komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Ozan Can 74-cü dəqiqədə - hesab 1:1 olarkən əvəzlənib.
Helsinki təmsilçisi bu nəticədən sonra 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qrup mərhələsinin son turunda səfərdə KTP ilə üz-üzə gələcək Ozan Canın komandası qələbə qazansa, yarımfinala yüksələcək.