Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 11-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 1 matç baş tutub.
Yeganə qarşılaşma Gəncə İdman Sarayında keçirilib. Çempionatın lideri “Abşeron” “Gəncə”ni səfərdə məğlub edib - 3:1. Bu, abşeronluların mövsümdə 10-cu qələbəsi olub.
Qeyd edək ki, ilk oyun günündə “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə 1:3 (23:25, 25:22, 16:25, 21:25) hesabı ilə uduzub, “Murov Az Terminal” UNEC-i məğlub edib - 3:0 (25:8, 25:5, 25:7).