İngiltərə Premyer Liqasının 25-ci turunda “Tottenhem”ə uduzan (0:1) “Mançester Yunayted” cari çempionatda 12-ci məğlubiyyətini alıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu nəticə “qırmızı şeytanlar”ın tarixinə son 50 ildən çox müddətdə ən pis göstəricisi kimi düşüb. Sonuncu dəfə "Yunayted" 1973/74 mövsümündə 12 və ya daha çox matçda uduzub, o zaman 25 oyundan sonra mankunianlılar 13 dəfə məğlub olub.
Həmin mövsüm "Mançester Yunayted" 42 turda 32 xal toplayaraq Çempionşipə düşüb.
Ruben Amorimin komandası bu mövsüm 25 matçda 29 xal toplayıb.
Mirağa