Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıbAzərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə Avropada birincidir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə Avropada birinci yerdədir.
Azərbaycan həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında ilk sırada qərarlaşıb. Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda təmsilçilərimizin uğurlu çıxışı sayəsində daha da artıb.
Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.