Braziliya millisinin sabiq yarımmüdafiəçisi, “Qızıl top”un sahibi Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun kim olduğunu deyib.
Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçu “RikReddy” Youtube kanalına açıqlamasında həmyerlisi, “Santos”un sabiq hücumçusu Peleni gəlib-getmiş ən yaxşı oyunçu adlandırıb.
Xatırladaq ki, Pele üç dəfə dünya çempionu olub. Əfsanəvi forvard Braziliya millisinin heyətində 92 oyun keçirib, 77 qol vurub.
Pele klub səviyyəsində “Santos”la yanaşı, Amerikanın “Nyu York Kosmos”unda da oynayıb.