"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenhem"dən aldıqları məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Onlar qol vurdular, biz isə yox. Çox sayda qol imkanları yaxalasaq da, istifadə edə bilmədik. "Tottenhem" isə bu fürsətlərin birini qola çevirdi. Ən böyük fərq budur".
Qeyd edək ki, 24 oyuna 29 xal toplayan Mançester təmsilçisi turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Nihat