Misli Premyer Liqasının 23-cü turunda səfərdə "Səbail"lə qarşılaşan "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyunu şərh edib:
Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis 0:0 hesablı heç-heçə etdikləri görüş barədə belə danışıb:
"Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq. Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik".