“Səbail”in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri səfər oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, qolsuz heç-heçə (0:0) başa çatan qarşılaşma barədə belə danışıb:
“Çox istəyirdik ki, qələbə qazanaq. Futbolçuların bugünkü matçda göstərdikləri nizam-intizam və xarakter təqdirəlayiqdir. Qalib gələ də bilərdik. Lakin 1 xalla kifayətləndik. Qarşıda bizi növbəti oyunlar gözləyir. Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Demək ki, bizə zaman lazım imiş”.