Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Niderlanddakı oyunda “Feyenoord”a uduzan “Milan” ikinci dueldə də sözünü deyə bilməyib. Gücü 1:1 hesablı heç-heçədən artığına çatmayan İtaliya nəhəngi ÇL-də mübarizəni dayandırıb.
“Bayern Münhen” birinci qarşılaşmada məğlub etdiyi “Seltik”lə evdə bərabərliyə razılaşaraq mərhələ adlayıb.
Digər oyunlarda da “Brügge” və “Benfika” 1/8 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral
“Milan” (İtaliya) – “Feyenoord” (Niderland) 1:1
Qollar: Ximenes, 1 – Karransa, 73.
İlk oyun – 0:1
“Atalanta” (İtaliya) – “Brügge” (Belçika) 1:3
Qollar: Lukman, 46 – Talbi, 3; 27. Yutqla, 45+3.
İlk oyun – 1:2
“Bayern Münhen” (Almaniya) – “Seltik” (Şotlandiya) 1:1
Qollar: Deyvis, 90+4 – Kun, 63.
İlk oyun – 2:1
“Benfika” (Portuqaliya) – “Monako” (Fransa) 3:3
Qollar: Aktürkoğlu, 22. Pavlidis, 76-pen. Kökçü, 84 – Minamino, 32. Ben Seqir, 51. İlenixena, 81.
İlk oyun – 1:0