"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rio Ferdinand Mikel Artetanın bu mövsümün əvvəlində kritik səhvə yol verdiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" Ferdinandın fikirlərini belə təqdim edib:
"Arteta Ethan Nvanerini hətta Odeqaard zədəli olanda da meydana buraxmırdı. Halbuki, 17 yaşlı vunderkində güvənsəydi, "Arsenal" Premyer Liqanı qazanmaq, "Liverpul"a daha yaxın olmaq şansı əldə edərdi. Nvaneri rəqib müdafiəçiləri çaş-baş salır, komandaları təzyiq altında saxlayır. Düşünürəm ki, o, mövsümün əvvəlində meydana çıxsaydı, Artetanın komandası daha çox xal qazanardı".
Qeyd edək ki , "Arsenal"ın gənc istedadı İngiltərə çempionatı tarixində ən gənc debütantdır. O, Premyer Liqada ilk oyununa 15 yaş 181 günlük olarkən çıxıb.
Mirağa