Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyada növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi HİK ölkə kubokunun matçına çıxıb.
Helsinki təmsilçisi yer aldığı A qrupunda sonuncu tur çərçivəsində KTP ilə qarşılaşıb.
Səfərdə baş tutan görüş Kökçünün komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydana əvəzetmədən 72-ci dəqiqədə çıxan Ozan Can cəmi 3 dəqiqə sonra fərqlənərık matçda son nöqtəni qoyub.
Helsinki təmsilçisi bu nəticədən sonra xallarını 12-yə çatdıraraq qrup qalibi kimi yarımfinala adlayıb.