Niderlandın "Feyenoord" klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununda “Milan”la heç-heçə (1:1) edərək iki görüşün nəticəsinə görə yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Paskal Bosşartın komandası
50 ildən sonra ilk dəfə 1/8 finala vəsiqə qazanıb.
"Feyenoord" 1974/75 mövsümündə UEFA Çempionlar Kubokunda Şimali İrlandiyanın "Koleraine" klubunu məğlub edərək həmin mərhələyə yüksəlib. Niderland təmsilçisi daha sonra 1/4 finalda “Barselona”ya ümumi hesabda uduzub. İlk oyun 0:0 hesabı ilə başa çatıb, ikincidə kataloniyalılar 3:0 hesablı inamlı qələbə qazanıb.
Mirağa