Bu gün Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupda son matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, İlham Yadullayevin çalışdırdığı kollektiv Qazaxıstan yığması ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).