"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis TNT-yə müsahibəsində belə danışıb:
"Qvardiolanı qarşımda görməkdən yorulmuşam. Hələ də onun fantastik məşqçi olduğunu düşünürəm, amma ona qarşı oynamaqdan bezmişəm. Bununla belə, onu izləmək həmişə xoşdur.
Bu, hansısa xüsusi, şəxsi çağırış deyil: o və mən yaxşı bilirik ki, bu duel Ançelotti ilə Qvardiola arasında deyil, "Real Madrid"lə "Mançester Siti" arasındadır. Hansı ki, fantastik oyunçularla dolu iki komandadan söhbət gedir.
Bilirik ki, çətin və maraqlı qarşılaşma olacaq. Nə olacağını indi heç kim bilə bilməz. Amma bu, son illərdəki kimi olacaq: izləmək ləzzət verəcək".
"Real Madrid" - "Mançester Siti" cavab oyunu bu gün, fevralın 19-da Madriddə keçiriləcək. İlk görüşün nəticəsi ispanların xeyrinə (3:2) olub.
Mirağa