Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçında “Real Madrid” ilə "Mançester Siti" üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, səfərdə 3:2 hesabı ilə qələbə qazanan İspaniya nəhəngi evdə daha inamlı qalibiyyət (3:1) əldə edib.
"Real"ın qollarının hamısını Kilian Mbappe vurub, "şəhərlilər"dən isə Niko fərqlənib.