"Real Madrid"in hücumçusu Kiilian Mbappe "Kral klubu"ndakı debüt mövsümündə Çempionlar Liqasında (ÇL) ən çox qol vuran Kriştianu Ronaldunun və turnir Avropa Çempionlar Kuboku adlandığı vaxtda eyni nəticəyə imza atan Xusto Texadanın rekordunu təkararlayıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, ÇL-in 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində dünən Madriddə baş tutan görüşdə (3:1) "Mançester Siti"nin qapısından 3 top keçiriən Kilian cari mövsüm mötəbər yarışda 7-ci qoluna imza atıb.
Ronaldu 2009/2010, Texada 1961/1962 mövsümündə eyni sayda qolla yadda qalıb.
Mbappe ötən ilin yayında PSJ-dən ayrılaraq azad agent qismində "Real" qoşulub.
Nihat