Türkiyənin "Fənərbağça" klubunun vingeri Cengiz Ünder İstanbul təmsilçisindən ayrılıb.
Fanat.Az xəbər verir ki, o, karyerasını ABŞ-də davam etdirəcək.
27 yaşlı futbolçu MLS liqa təmsilçisi "Los Anceles"lə müqavilə imzalayıb. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyəli millisinin üzvü icarə əsasında mövsümün sonunadək bu klubun şərəfini qoruyacaq. Onun keçidinə görə "Los Anceles"in "Fənərbağça"ya 1,2 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Ünderin "Fənərbağça" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.