"Milan"ın prezidentinin müşaviri Zlatan İbrahimoviç "Qızıl Tapir" mükafatına layiq görülüb.
Fanat.Az xəbər verir ki, bu mükafat "Striscia la Notizia" satirik proqramı tərəfindən İtaliyada qalmaqallı hadisələr və uğursuzluqlardan sonra məşhur insanlara təqdim olunur.
Buna səbəb "Milan"ın gözlənilmədən "Feyenoord" tərəfindən Çempionlar Liqasından uzaqlaşdırılması olub.
İsveçli funksioner "Qızıl Tapir"ə 9-cu dəfə layiq görülüb.
Mirağa