"Bayern Münhen"in təcrübəli futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayer Leverkuzen"ə rəqib olmalarından danışıb.
Fanat.Az xəbər verir ki, "Media Bayern France" hücumameyilli yarımmüdafiəçinin sözlərini belə çatdırıb:
"Almaniyalı ekspertlərə inansaq, "Bayer" aşkar favoritism. Biz autsayder olaraq, özümüzü sübut etmək istəyirik. Baxarıq, əziz ekspertlər".
Xatırladaq ki, tərəflərin ilk dueli martın 5-də, cavab oyunu isə bundan 6 gün sonra keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Nihat