Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözgedən komanda evdə "Legiya" ilə qarşılaşıb.
22-ci tur çərçivəsində keçirilən matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, "Radomyak" 24 xalla 13-cü pillədə qərarlaşıb.