“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə futbol klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "El Nacional" yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb. Ərəblər ona “Siti” ilə hazırkı müqaviləsindəkindən bir neçə dəfə yüksək maaş vəd edib. Sözügedən ölkə Qvardiolanı liqanın gələcək inkişafında əsas rol oynayacaq və layihəni yeni səviyyəyə qaldıracaq məşqçi kimi görürlər.
“Mançester Siti” rəhbərliyi isə Qvardiolaya güvənir. Bununla belə, söz ispaniyalının olacaq.
“Mançester Siti” keçən həftənin əvvəlində “Real Madrid”ə uduzaraq Çempionlar Liqasından kənarda qalıb. “Şəhərlilər” bu mövsüm Premyer Liqanda 26 oyundan sonra 44 xal toplayıb və turnir cədvəlində lider “Liverpul”dan 20 xal geri qalaraq dördüncü yerdədir.
54 yaşlı Qvardiolanın İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir.
Mirağa