Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadə özünə yeni klub tapa bilmir. Bu barədə Fanat.az-a təcrübəli əlcək sahibinin özü məlumat verib.
Həsənzadə "Araz Naxçıvan"la anlaşmasının baş tutmamasının təfərrüatlarının dərinliyinə elə də çox varmaq istəməsə də, "Qəbələ"yə keçmək variantından danışmağa razılıq verdi: "Açığı bu kluba keçidimlə, danışıqlar getməsi ilə bağlı yalnız mətbuatdan oxuyurdum. Şəxsən özümlə və ya menecerimlə bu barədə heç bir danışıq aparan olmayıb".
Bir çox azərbaycanlı futbolçu Türkiyənin aşağı dəstə divizionuna üz tutub. Bəs Cahangir necə, qardaş ölkəyə getmək istəyirmi? Onun cavabı qəti oldu: "Xeyr. Bu fikri yaxın da buraxmıram. Ailəmin yanında olacağam. Az da olsa, çox da olsa Azərbaycanda qalacağam".
Premyer Liqanın startına 1 həftə vaxt qalır. Bu müddət kəsiyində onunla əlaqə saxlayan olmasa, I dəstədə çıxış etmək barədə isə Həsənzadə bunları dedi: "Xeyr. Bu, mümkünsüzdü! Yaxın 3-4 gündə heç bir Premyer Liqa klubu xidmətimdə maraqlı olduğunu bildirməsə, karyeramı başa vuracağam".
Fanat.az