"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyunun hakimlikdən daim şikayətlənməsi ilə bağlı sərt danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" türk mütəxəssisin derbidən sonra dediklərini belə çatdırıb:
“O, "xüsusi biri" deyil, çox sızlayır. O, daim ağlaması ilə məşhurdur. Yenə hakimlər otağına getdi və orada biabırçı şəkildə sızladı. Qoy ağlasın".
Xatırladaq ki, Türkiyə çempionatının 25-ci turunda "Fənərbağça" və "Qalatasaray" üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Hazırda Burukun komandası Türkiyə çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb. Mourinyunun rəhbərliyi altında "Fənərbağça" ikinci pillədə qərarlaşıb və "sarı-qırmızılılar"dan 6 xal geri qalır.
Mirağa