“Roma”nın çalışdırıcısı Klaudio Ranyeri hazırda “Komo”nun baş məşqçisi olan Sesk Fabreqasla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" Ranyerinin dediklərini belə təqdim edib:
"Komo" indi yüksəlişdədir, əla oynayırlar. Fabreqas? Sesk bir neçə ildən sonra Avropanın ən yaxşı məşqçilərindən birinə çevriləcək. Mən buna əminəm".
Qeyd edək ki, "Roma" bazar günü, martın 2-də evdə məhz Fabreqasın komandası ilə qarşılaşacaq.
İtaliya çempionatının 26 turundan sonra aktivində 28 xal olan "Komo" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.