Ukraynanın "Rux" klubu gənc qırğız vinger Beknaz Almazbekovu transfer edib.
Fanat.Az xəbər verir ki, Lvov klubu 19 yaşlı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
Bununla belə, müqavilənin təfərrüatları ilə bağlı heç bir məlumat verməyib.
Almazbekov Türkiyənin "Qalatasaray" klubunun akademiyasında yetişib. O, 2024-cü ilin sentyabrından “Lapi”nin heyətində Kosovo çempionatında çıxış edib.
Almazbekov Qırğızıstan millisində artıq 13 oyun keçirib.
Hazırda "Rux" 23 xalla Ukrayna Premyer Liqasında turnir cədvəlinin yeddinci pilləsindədir.