İtaliya Kubokunda 1/4 final mərhələsin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
“İnter” öz meydanında “Latsio”nu inamla yenərək adını yarımfinala yazdırıb.
Daha öncə “Bolonya” və “Milan” da yarımfinala vəsiqə qazanmışdılar.
Mərhələnin sonuncu oyununda “Yuventus” “Empoli”ni qəbul edəcək.
İtaliya kuboku
1/4 final
25 fevral
İnter – Latsio 2:0
Qollar: Arnautoviç, 39. H.Çalhanoğlu, 77-pen.